Bank Of Baku

«AIG Caspian İnsurance» ilin sonunadək 100% xarici kapitallı şirkətə çevriləcək

«AIG Caspian İnsurance» ilin sonunadək 100% xarici kapitallı şirkətə çevriləcək
# 20 oktyabr 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian İnsurance» («AIG Caspian İnsurance») Azərbaycan-ABŞ sığorta şirkəti 2009-cu ilin sonunadək səhmlərini 100% xarici kapitala çevirəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin maliyyə direktoru Elmar İslam bildirib.

E.İslamın sözlərinə görə, hazırda şirkətin təsisçiləri sırasına daxil olan yerli «Caravan İnvestment» şirkətinin ləğv edilməsi istiqamətində iş aparılır. Bu proses ilin sonunadək davam edəcək.

Qeyd edək ki, şirkətin təsisçiləri rolunda yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «AIG İnc.» (49%) şirkətləri çıxış edir. Bu isə yeni qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna ziddir.

Xatırladaq ki, «Caravan İnvestment» xarici kapitallı yerli hüquqi şəxsdir. «Sığorta fəaliyyəti haqqında» qanunun 18-ci maddəsinə əsasən, xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı ola bilməz.

«AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,41 mln. manat, sığorta ödənişləri isə 0,55 mln. manat təşkil edib. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat olub. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR