Bank Of Baku

Fond bazarları böhrandan əvvəlki səviyyəyə çatıb

Fond bazarları böhrandan əvvəlki səviyyəyə çatıb
# 20 oktyabr 2009 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə böhranının kəskinləşməsindən bir il sonra beynəlxalq fond bazarları itirdiklərinin əsas hissəsini qaytara bilib. «APA-Economics»in məlumatına əsasən, hazırda dünya fond bazarlarında səhmlərin ümumi dəyəri böhrandan əvvəlki səviyyəyə yaxınlaşmaqdadır. Belə ki, hazırda bazar kapitallaşması 44,8 trln. dollara bərabərdir, ötən ilin sentyabrında isə bu göstərici 46 trln. dollar təşkil edib. Maliyyə bazarlarının ən aşağı səviyyəsi cari ilin mart ayında olub və bundan sonra bazar kapitallaşması 2 dəfə yüksəlib.

Ümumulikdə, mart ayında dünyanın əsas fond indekslərinin kəskin artımı müşahidə olunub:

İndeks

Ölkə

Artım, %

Dow Jones

ABŞ

53

FTSE 100

Böyük Britaniya

48

DAX

Almaniya

57

CAC 40

Fransa

51

Nikkei 225

Yaponiya

44

Hang Seng

Honkonq

94

CSI 300

Çin

53

BSE SENSEX 30

Hindistan

108

BOVESPA

Braziliya

84

KOSPI

Koreya

63



Fond bazarlarının kəskin artması ilk növbədə aparıcı dövlətlərin maliyyə daxilolmaları, iqtidsadi böhranın yaxın zamanda başa çatması ilə bağlı proqnozlar, fərdi investorların bazara qayıtması nəticəsində baş verib. Bununla yanaşı daha bir vacib amil qeyd olunmalıdır. Belə ki, dünya maliyyə sisteminə yönəldilmiş vəsaitlər real iqtisadiyyata hələ çatmayıb və bu səbəbdən yaxın aylar ərzində maliyyə bazarlarında baş verən yüksəlmə tendensiyalarının real iqtisadiyyat, istehsal və istehlak tərəfindən dəstəklənməsini gözləmək olar. Aydındır ki, istehsal böhrandan əvvəlki səviyyəyə çatanda bank sistemində kreditləşmə bərpa olunarsa böhrandan çıxış daha tez və problemsiz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR