Bank Of Baku

«Qarant Sığorta» şirkəti «BizKlub»un üzvü olub

«Qarant Sığorta» şirkəti «BizKlub»un üzvü olub
# 20 oktyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti «Azercell» mobil rabitə operatorunun fakturalı xətt abonentləri üçün nəzərdə tutulan güzəştlər aksiyası - «BizKlub»a qoşulub.

«Qarant Sığorta» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra şirkətin sığorta məhsullarının sənədləşdirilməsi zamanı «BizKlub»un üzvlərinə böyük güzəştlər ediləcək. Güzəştlər zamanı «BizKlub»un üzvləri (1-18 yaşında uşaqların tibbi sığorta paketi, tələbələr, xaricə səfər edənlərə, daşınmaz əmlakın sığortalanması, tibbi sığortalanma və bədbəxt hadisələrdən sığortalanma) 20% endirim əldə edəcəklər. Bununla yanaşı, «BizKlub»un bütün üzvlərinə avtomobilin sığortalanmasına 15% endirim təklif olunur.

Qeyd edək ki, «Qarant Sığorta» şirkəti «BizKlub»un tərəfdaşı olan ilk Azərbaycan sığorta təşkilatıdır.

Xatırladaq ki, «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabrayıqda qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 4 mln. manatdır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR