Bank Of Baku

«Muğan Bank» iyun-sentyabr aylarında dövlət xətti ilə 5 mln. manat ipoteka krediti verib

«Muğan Bank» iyun-sentyabr aylarında dövlət xətti ilə 5 mln. manat ipoteka krediti verib
# 20 oktyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda dövlət büdcəsi vəsaitləri hesabına ipoteka kreditləşməsi bərpa olunandan (iyun, 2009) oktyabr ayının 1-dək «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) tərəfindən 5 mln. manat həcmində ipoteka kreditləri verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ipoteka krediti ilə bağlı banka 197 vətəndaş ərizə ilə müraciət edib ki, bunun da demək olar ki, hamısı bankın razılığını alıb.

Qeyd edək ki, ipoteka kreditləşməsi bərpa olunduqdan sonra bank tərəfindən ilk ipoteka krediti bu ilin iyun ayının 29-da verilib və həmin kreditin həcmi 13,1 min manat təşkil edib.

Xatırladaq ki, hazırda «Muğan Bank» ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini saxlayaraq əhaliyə kreditlərin verilməsi prosesini davam etdirir.

Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən maliyyələşdirilən ipoteka kreditləri «Muğan Bank» tərəfindən ölkə vətəndaşlarına, milli valyutada, müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilən daşınmaz əmlakın təminatı altında, illik 8%-dək, 3-25 il müddətə, maksimum 50 min manat məbləğində verilir.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 130,618 mln. manat, depozit portfeli 58,814 mln. manat, kredit portfeli 79,026 mln. manat, məcmu kapitalı 21,960 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat olub.

Hazırda bankın 27 filialı, 30 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR