Bank Of Baku

Azərbaycanda RSI indeksi sentyabrda artıb

Azərbaycanda RSI indeksi sentyabrda artıb
# 20 oktyabr 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2009-cu ilin sentyabr ayı üzrə 103,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqust ayında 100,9%-ə bərabər olub ki, bu da həmin makroiqtisadi göstəricinin sentyabrda 2,5 faiz bəndi artdığını göstərir.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin sentyabr ayında ümumi pərakəndə dövriyyəsi 995,9 mln. manat, avqustda 962,9 mln. manat, iyul ayında isə 954 mln. manat təşkil edib.

RSI indikatorunun azalması əhali tərəfindən mal alışının birbaşa dinamikasını əks etdirir və həmin indeks əsas nisbi makroiqtisadi göstəricilərdən biridir. Makroiqtisadi baxımdan yalnız onun əvvəlki aya nisbətən olan dinamikası deyil, hətta həmin indikatorun 100%-dən aşağı və ya artıq olması əhəmiyyət kəsb edir. Belə ki, indeksin 100%-dən aşağı olması hesabat ay ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə azalmasını göstərir ki, bu da istehlak bazarında geriləmənin təzahürüdür. Eyni zamanda, indeksin yüksəlməsində əks olunan əhalinin mal alışının artması inflyasiya ilə bağlı ola bilər. Lakin bizim halda bu amil vacib rol oynamır, çünki sentyabr ayında əvvəlki ayla müqayisədə inflyasiyanın səviyyəsi cəmi 0,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR