Bank Of Baku

«Bank Respublika»nın əsas maliyyə göstəriciləri kəskin azalıb

«Bank Respublika»nın əsas maliyyə göstəriciləri kəskin azalıb
# 20 oktyabr 2009 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 364,472 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünə bankın depozit portfeli 1,7% artaraq 149,878 mln. manata, kredit portfeli 13,7% azalaraq 240,954 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 32,8% azalaraq 97,310 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 28,7% artaraq 56,231 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,580 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 10% azalaraq 43,235 mln. manat, xərcləri isə 11,4% azalaraq 34,891 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 32,2% azalaraq 8,344 mln. manat olub.

Bu dövr ərzində bank tərəfindən əlavə 8 filial açılıb, həmçinin 7 bankomat quraşdırılıb.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti bankın nizamnamə kapitalında «25% + 1 səhm» iştirak payına malikdir.

Hazırda bankın respublika üzrə 28 filialı, 43 bankomatı və 259 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR