Bank Of Baku

Dünya Bankının icraçı direktoru Azərbaycana gəlib

Dünya Bankının icraçı direktoru Azərbaycana gəlib
# 20 oktyabr 2009 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) icraçı direktoru xanım Nqozi Okonco-İveala (Ngozi Okonjo-Iweala) Azərbaycana gəlib.

DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın rəsmisi oktyabrın 17-dən etibarən artıq Ermənistan və Gürcüstana səfər edib, bu gün isə Azərbaycana gəlib. N.Okonco-İveala oktyabrın 21-də Bakıda keçiriləcək yüksək səviyyəli İqtisadi Siyasət Forumuna həmsədrlik edəcək, mədəni irs abidəsinə baş çəkəcək və aparıcı qadınlar qrupu ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 50 layihənin icrasına Azərbaycana 2,2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR