Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyanın həcmi son bir ildə 47% azalıb

Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyanın həcmi son bir ildə 47% azalıb
# 20 oktyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitala yönəldilmiş investisiyanın həcmi 914,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% azalıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici investisiyanın 774,1 mln. manatı (84,7%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR