Bank Of Baku

«AGBank»ın depozit portfeli azalıb

«AGBank»ın depozit portfeli azalıb
# 20 oktyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 227,339 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 4,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 1,18% azalaraq 105,481 mln. manata, kredit portfeli 11,1% artaraq 175,918 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 1,7% artaraq 12,356 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 19% artaraq 35,724 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 12,1% artaraq 28,603 mln. manata, xərcləri isə 12,4% artaraq 21,041 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 24% artaraq 3,997 mln. manat olub.

Bank bu müddət ərzində əlavə 3 filial açıb, 3 bankomat və 8 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 13,4% ataraq 450 nəfərə, orta aylıq əmək haqqı 2,3% azalaraq 860 manat təşkil edib.

Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 55 bankomatı və 450 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR