Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin əvvəlindən 19% artıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin əvvəlindən 19% artıb
# 20 oktyabr 2009 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2009-cu ilin əvvəlindən 19,2% artaraq oktyabr ayının 1-nə 10 716,2 mln. manat və ya 13 337,5 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şaxmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ş.Mövsümovun sözlərinə görə, cari ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 5 465,2 mln. manata, xərcləri isə 3 954,1 mln. manata bərabər olub. Gəlirlərin strukturunda əsas hissə, yəni 5 107,2 mln. manat mənfəət nefti və qazın satışından əldə olunan vəsaitin payına düşüb. Bundan başqa, Bakı-Tiflis-Ceyhan boru kəməri üzrə dividendlər 75,6 mln. manat, tranzit gəlirləri 6,8 mln. manat, akrhesabı ödənişlər 1,1 mln. manat təşkil edib. Əlavə olaraq ötən 9 ay ərzində Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 273,6 mln. manata, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərqlə bağlı büdcədənkənar gəlirlər isə 218,4 mln. manata bərabər olub.

Hesabat dövründə ARDNF-dən dövlət büdcəsinə aparılan transferlərin həcmi 3 685 mln. manat təşkil edib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına Fonddan 69,6 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 92,4 mln. manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsinə 94,1 mln. manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirməsinə 4,1 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 3,2 mln. manat ayrılıb. Cari ilin ilk 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı olan xərclər 5,7 mln. manat təşkil edib.

Ş.Mövsümovun sözlərinə görə, oktyabrın 1-nə Fondu investisiya portfelində əsas yeri suveren istiqrazlar, beynəlxalq agentliklər və təşkilatların istiqrazları və maliyyə qurumlarının istiqrazları tutub. Belə ki, suveren istiqrazlarda Fondun aktivlərinin 32%-i, agentlik və beynəlxalq təşkilatların borc kağızlarında 40%-i, maliyyə qurumlarının istiqrazlarında isə 20%-i yerləşdirilib. Fondun portfelində səhmlərə yönəldilmiş vəsaitlər ümumi aktivlərin cəmi 0,04%-nə bərabər olub.

Fondun rəhbəri həmçinin qeyd edib ki, ARDNF-in vəsaitlərinin 99%-i A, AA və AAA reytinqlərinə malik qurumların qiymətli kağızları və depozitlərində yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR