Bank Of Baku

Şahmar Mövsümov: «Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin sonuna 14,5 mlrd. dollara çatacaq»

Şahmar Mövsümov: «Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin sonuna 14,5 mlrd. dollara çatacaq»
# 20 oktyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2009-cu ilin sonuna kimi 14,5 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, Fondun cari il üçün nəzərdə tutulmuş daxilolmalarının icrasında müəyyən kəsir yarana bilər. Çünki Fondun büdcəsində neftin baza qiyməti 70 dollar səviyyəsində qəbul olunsa da, neftin ucuzlaşması səbəbindən Fondun daxilolmalarında neftin orta ölçülmüş qiyməti təxminən 54 dollar təşkil edir.

Eyni zamanda, Fondun xərclərində də azalma gözlənilir. Bu, artıq Fondun idarə edilməsi ilə bağlı olan xərclərdə müşahidə olunur, o cümlədən ARDNF-in yeni inzibati binasının tikintisi bir qədər ləngiyir.

Qeyd edək ki, oktyabrın 1-nə Dövlət Neft Fondunun aktivləri 13,338 mlrd. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR