Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın zərəri kəskin artıb

«Qafqaz İnkişaf Bankı»nın zərəri kəskin artıb
# 21 oktyabr 2009 06:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 35,302 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 6,2% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 60% artaraq 4,045 mln. manat, kredit portfeli 7,6% artaraq 29,944 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi təxminən 51% azalaraq 1,456 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 9% azalaraq 9,542 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 60% azalaraq 1,147 mln. manat, xərcləri isə 30% azalaraq 2,067 mln. manat olub. Nəticədə, bankın zərəri 12 dəfə artaraq 920 min manata çatıb.

Oktyabr ayının 1-nə bankın işçilərinin sayı 62 nəfər təşkil edir.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR