Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri: «Bizə sabit milli valyuta gərəkdir»

Azərbaycan Mərkəzi Bankının sədri: «Bizə sabit milli valyuta gərəkdir»
# 21 oktyabr 2009 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Postböhran dövründə böhranın nəticələrinin aradan qaldırılması üçün Azərbaycana sabit milli valyuta gərəkdir. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, başqa ölkələrin təcrübəsi göstərir ki, milli valyutanın devalvasiyası yüksək inflyasiyadan başqa heç bir nəticəyə gətirmir və həmin ölkənin iqtisadiyyatı rəqabət gücünə malik olmur.

«Yüksək inflyasiya isə öz növbəsində problemlər yaradır, o cümlədən büdcəyə. Belə olan şəraitdə bizə sabit milli valyuta gərəkdir. Bizim iqtisadiyyatımız və manat onu göstərir ki, biz buna qadirik», - AMB başçısı vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR