Bank Of Baku

Elman Rüstəmov: «Qızılın bahalaşması Azərbaycan üçün yaxşıdır»

Elman Rüstəmov: «Qızılın bahalaşması Azərbaycan üçün yaxşıdır»
# 21 oktyabr 2009 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya bazarlarında ABŞ dollarının məzənnəsinin düşməsi fonunda qızılın bahalaşması Azərbaycana əhəmiyyətli dərəcədə təsir etməyib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları əhəmiyyətli şəkildə müdafiə olunub: «Mərkəzi Bank öz valyuta strukturunda diversifikasiya aparıb».

AMB rəhbərinin sözlərinə görə, qızılın bahalaşması təbii prosesdir: «Dollar düşəndə belə olur, investorlar sərmayələrini qızıla yönəldir. Qızılın bahalaşması bizim üçün yaxşıdır. Çünki yaxın vaxtlarda Azərbaycan qızılın ixracatçısına çevrilə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR