Bank Of Baku

Gələn ay «Finans Lizinq»in səhmdarlarının iclası keçiriləcək

Gələn ay «Finans Lizinq»in səhmdarlarının iclası keçiriləcək
# 21 oktyabr 2009 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayının 21-də Azərbaycanın «Finans Lizinq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar iclası keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən cəmiyyətin Müşahidə Şurasının yeni üzvlərinin seçilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, «Finans Lizinq» ASC 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkətin səhmdarları sırasında hüquqi şəxs yoxdur.

Şirkətin Müşahidə Şurasına Zakir Zeynalov (sədr), Mobil Şərifov (üzv, «ADA Group»un baş icraçı direktoru) və Zülfüqar Niftiyev (üzv, Azərbaycan Beynəlxalq Bankı Quba filialının müdiri) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR