Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Gələn il inflyasiya 3-5% olacaq

Azərbaycan Mərkəzi Bankı: Gələn il inflyasiya 3-5% olacaq
# 21 oktyabr 2009 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu il üçün inflyasiyanın tempini 3-5% səviyyəsində proqnozlaşdırır. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, gələn il Azərbaycanda inflyasiya stabil və aşağı olacaq: «Hətta 3-5%-dən də aşağı ola bilər».

Bu ilin sonunda 2-2,5% inflyasiya olacağını proqnozlaşdıran E.Rüstəmov Azərbaycanın gələn il də qarşısına belə məqsəd qoyduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR