Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı dövlət ipoteka kreditləşməsinin yenidən maliyyələşdirilməsini sadələşdirəcək

Azərbaycan Mərkəzi Bankı dövlət ipoteka kreditləşməsinin yenidən maliyyələşdirilməsini sadələşdirəcək
# 21 oktyabr 2009 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dövlət ipoteka kreditləşməsinin yenidən maliyyələşdirilməsində problemlər müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, banklarda ipoteka kreditləşməsi çox yüksək səviyyədə getmir, texniki problemlər və bürokratiya var: «Banklar sənədləri vaxtında təqdim etmir, bu isə yenidən maliyyələşdirmədə problemlər yaradır. İnanırıq ki, yaxın vaxtlarda bu problemlər aradan qalxacaq».

AMB rəhbəri yenidən maliyyələşdirmə prosedurasını sadələşdirmək niyyətində olduqlarını vurğulayıb: «Ümumiyyətlə, Azərbaycanda kredit aktivliyi müşahidə olunur. Bu ilin I rübü ilə müqayisədə III rübdə və IV rübün əvvəlində aktivlik artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR