Bank Of Baku

Azərbaycan 2010-cu ildə dövlət investisiya proqramı üzrə xərcləri azaldacaq

Azərbaycan 2010-cu ildə dövlət investisiya proqramı üzrə xərcləri azaldacaq
# 21 oktyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan 2010-cu ilin dövlət büdcəsinin layihəsində dövlət investisiya proqramı üzrə xərcləri azaldıb.

«APA-Economics»in xəbərinə görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, bu, əsasən yeni layihələrin prioritetləşməsi və artıq başlamış layihələrin başa çatdırılması hesabına mümkün olub: «Ona görə də 2010-cu ilin büdcəsində dövlət investisiya proqramı üzrə xərclər 2009-cu illə müqayisədə azdır».

S.Şərifov qeyd edib ki, 2010-cu ilin büdcə layihəsində neftin 1 barelinin baza qiyməti 45 dollar səviyyəsində götürülüb: «Halbuki neftin qiyməti hazırda 70-80 dollar arasında dəyişir. Neftin qiyməti çox dəyişkən konyunkturadır. Dövlət büdcəsinin gəlirlərinin proqnozları dəyişkən konyunktura əsasında qurulmamalıdır. Bu baxımdan layihədə göstərilən 45 dollar büdcə xərclərinin təminatını həyata keçirmək üçün zəmin yaradır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR