Bank Of Baku

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın qeyri-maliyyə sektoruna sərmayə yatırmaq niyyətindədir

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın qeyri-maliyyə sektoruna sərmayə yatırmaq niyyətindədir
# 21 oktyabr 2009 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Azərbaycanda aktiv investisiya portfelinin həcmi 60 mln. ABŞ dollarına bərabərdir. Bunu «APA-Economics»ə açıqlamasında bildirən Bankın prezidenti Hayrettin Kaplan qeyd edib ki, bu vəsaitlər həm kredit, həm də ortaqlıq şəklində investisiya kimi yönəldilib.

Eyni zamanda H.Kaplan vurğulayıb ki, Bank tərəfindən Azərbaycana yönəldilən maliyyə vəsaitlərinin həcmi daha çoxdur, yuxarıda qeyd olunan miqdar yalnız hazırda aktiv investisiya və kredit portfelidir.

Ümumilikdə, Bank Azərbaycanda 8 kommersiya bankı ilə əməkdaşlıq edir və öz strateqiyasına uyğun olaraq, kiçik və orta sahibkarlığa banklar vasitəsi ilə dəstək göstərir. Qeyd edək ki, banklarla əməkdaşlıq əsasən ticarət maliyyəşməsi layihələri üzrə kredit xətlərinin açılmasından ibarətdir. Daha bir bankda isə («AccessBank») QTİB səhmdar rolunda çıxış edir.

Lakin Azərbaycanda fəaliyyətin genişləndirilməsi çərçivəsində Bank həmçinin müəssisələrlə birbaşa iş qurmaq niyyətindədir ki, bu da əsasən energetika və emal sənayesi sahəsində fəaliyyət göstərən özəl şirkətlər olacaq.

Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatı olan QTİB 1999-cu ildən fəaliyyət göstərir və regionun 11 ölkəsi tərəfindən təsis edilib. Bu, Azərbaycan, Albaniya, Bolqarıstan, Rusiya, Gürcüstan, Yunanıstan. Moldova, Rumıniya, Ukrayna, Türkiyə və Ermənistandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR