Bank Of Baku

«Parabank» Mobil Bank xidmətini istifadəyə verib

«Parabank» Mobil Bank xidmətini istifadəyə verib
# 21 oktyabr 2009 11:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) «Mobil Bank» xidmətini istifadəyə verib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 24 saat ərzində gstərilən bu xidmət müştərilərə öz hesablarındakı balansı yoxlamaq, balansdan çıxarış əldə etmək, «Card to Card» əməliyyatı (kartdan karta transfer), «Azercell» ödəməsi, elektrik ödəməsi, şəhərdaxili və şəhərlərarası telefon danışıqlarının ödəməsi, «SW Travel» və internet ödəmə əməliyyatları həyata keçirə bilər.

«Mobil Bank» sisteminə qoşulmaq üçün ilk öncə müştəri «Azercell Telekom» müştəri xidmətləri şöbəsində yeni Sim-kartı və ya köhnə Sim-kartı olduğu halda onun dublikatını çıxartmalı və telefonun menyusunda «Azercell» bəndində «Mobil Bank» bəndini əlavə etməlidir. Bundan sonra müştəri sistemə qoşulmaq üçün «Parabank»ın xidmət qurumlarına müraciət etməlidir.

Müştərinin kart hesabında aparılan hər əməliyyat barədə məlumat onun mobil telefonuna SMS şəklində göndərilir. Qeyd edək ki, hər SMS-ə görə müştərinin balansından 0,1 manat (22 kontur) silinir.

Qeyd edək ki , 2009-cu ilin oktyabr ayının 1-nə «Parabank» aktivlərinin həcmi 74,457 mln. manat, depozit portfeli 46,916 mln. manat, kredit portfeli 47,901 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 27,307 mln. manat, məcmu kapitalı 11,750 mln. manat, nizamnamə kapitalı 10,070 mln. manat təşkil edib. Son bir il ərzində bankın gəlirləri 33,8% artaraq 9,624 mln. manata, xərcləri isə 17% artaraq 9,269 mln. manata çatıb. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 0,355 mln. manat olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarını bank 0,724 mln. manat zərərlə başa vurub.

Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR