Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb
# 21 oktyabr 2009 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-sentyabr ayları üzrə 1,43 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-avqust ayları ilə müqayisədə 0,11 bənd azalıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmu həcminə nisbəti kimi hesablanır. Beləliklə, yanvar-sentyabr ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətlərini 43% üstələdiyini göstərir.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,54 bənd, yanvar-iyulda 1,48 bənd, yanvar-iyunda 1,46 bənd, yanvar-mayda 1,43 bənd, yanvar-apreldə 1,41 bənd olub. Yəni, son aylar ərzində əhalinin alıcılıq qabiliyyətinin tədricən artması müşahidə olunub, lakin sentyabr ayında bu tendensiya dəyişib və gəlirlərin xərcləri üstələməsi göstəricisi azalmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR