Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyası islam istiqrazları buraxır

Beynəlxalq Maliyyə Korporasiyası islam istiqrazları buraxır
# 21 oktyabr 2009 15:01 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Yaxın Şərqdə islam istiqrazları yerləşdirmək niyyətindədir.
APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, “Hilal Sukuk” adlı istiqrazlar 100 mln. dollar həcmində və 5 il müddətinə buraxılacaq, Dubay və Bəhreyn birjalarında listinqdən keçəcək.
“Hilal Sukuk”u ənənəvi istiqrazlardan fərqləndirən əsas cəhət onun faiz almağı, sələmi qadağan edən şəriət qanunları əsasında buraxılmasıdır. Tarixdə ilk dəfə bu qiymətli kağızlar qeyri-müsəlman maliyyə institutu tərəfindən buraxılacaq.
İstiqrazlar gələn həftə birjalarda yerləşdiriləcək. “Moody’s” reytinq agentliyi onlara maksimal kredit reytinqi – Aaa verib. BMK-nın prezidenti Lars Tunell bildirib ki, islam istiqrazlarının buraxılmasında məqsəd ərəb dünyasının qlobal iqtisadiyyata geniş inteqrasiyası, həmçinin müsəlman investorlar üçün imkanların genişləndirilməsidir.
Dünya bazarında şəriət qaydaları ilə buraxılmış istiqrazların ümumi həcmi 200 mlrd. dollar təşkil edir. İslam maliyyə sənayesi 2009-cu ildə 3 trln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR