Bank Of Baku

Azərbaycan prezidenti Dünya Bankının sərəncamçı direktorunu qəbul edib

Azərbaycan prezidenti Dünya Bankının sərəncamçı direktorunu qəbul edib
# 21 oktyabr 2009 15:25 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycanla Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Azərbaycanla Dünya Bankı arasında məhsuldar əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam edəcəyinə ümidvar olduğunu vurğulayan dövlət başçısı bu baxımdan Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Öz növbəsində Nqozi Okonco-İveala prezidentin Dünya Bankı ilə əməkdaşlıqdan razı qalması ilə bağlı fikirlərini eşitməkdən çox şad olduğunu, Dünya Bankının Azərbaycanın tərəfdaşı ola bilməsindən böyük şərəf hissi duyduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR