Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 11% artıb

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 11% artıb
# 22 oktyabr 2009 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il sentyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,8% artaraq 2 024,1 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 732,4 mln. manatı (36,2%-i) milli, 1 291,7 mln. manatı (63,8%-i) isə xarici valyuta şəklində qoyulub. Həmin vəsaitlərin 75,1%-ni (1 520,6 mln. manatını) özəl banklara qoyulmuş vəsaitlər təşkil edib.

Qeyd edək ki, 2009-cu ilin sentyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,61 manat, 1 avroya 1,17 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,48 manat və 1,10 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR