Bank Of Baku

«Nikoil» Bankı 100 mln. avro həcmində xarici borc qaytarıb

«Nikoil» Bankı 100 mln. avro həcmində xarici borc qaytarıb
# 22 oktyabr 2009 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı (SİB) 2008-ci ilin sentyabr ayında İran Mərkəzi Bankından aldığı 100 mln. avro məbləğində banklararası kreditin ödənilməsi üzrə hesablaşmaları nəzərdə tutulmuş vaxtda başa çatdırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, cəlb edilmiş vəsaitlər fiziki şəxslərin, kiçik və orta sahibkarlığın, regional fermer təsərrüfatlarının və Azərbaycanın kommersiya banklarına banklararası kreditlərin verilməsinə sərf olunub.

«Biz bu cəlbetməni əhəmiyyətli və vaxtında olan maliyyə əməliyyatı kimi qiymətləndiririk və bununla bankımız son ildə dünya maliyyə bazarında mövcud olan çətinliklərə baxmayaraq, dayanıqlı borcalan reputasiyasını növbəti dəfə təsdiqləyib. Bu kreditin ödənilməsindən sonra biz daha uzun müddətə və daha yaxşı şərtlərlə kredit resursları cəlb etmək fikrindəyik, çünki İran Mərkəzi Bankı bizim etibarlığımızda əmin ola bilib. Bununla yanaşı biz BƏƏ, ABŞ, Almaniya və Bəhreynin maliyyə qurumları ilə münasibətlərin inkişafı üzrə işi davam etdiririk ki, bu da 2010-cu ildə məqsədli müştəri seqmentləri olan kiçik və orta sahibkarlar, fermerlər və büdcə sahəsinin əməkdaşlarına maliyyə dəstəyinin verməsinə imkan yaradacaq», - deyə Bankın İdarə Heyətinin sədri Vasili Xamaza bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR