Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana yeni kredit ayırıb

İslam İnkişaf Bankı Azərbaycana yeni kredit ayırıb
# 22 oktyabr 2009 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən iclasında bir sıra ölkələrə kreditlərin ayrılması təsdiqlənib.

«APA-Economics»in məlumatına görə, iclasda IDB tərəfindən İndoneziyada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 30,5 mln. ABŞ dolları, Qərbi Afrikada isə (əsasən Burkino-Fasoda) baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 2,3 mln. dollar yardımın göstərilməsi təsdiqlənib.

Bununla yanaşı, IDB-nin Direktorlar Şurası Bankın üzvləri olan Azərbaycan, Albaniya, İndoneziya, Pakistan, Burkina-Faso və Beninə ümumi dəyəri 552 mln. dollar olan infrastruktur layihələrinin icrası üçün kreditlərin verilməsini təsdiqləyib.

IDB Azərbaycan hökumətinə Şirvan şəhərində inşa olunan «Cənub» elektrik stansiyasının tikintisi üçün 200 mln. dollar məbləğində kredit ayırır.

Bundan başqa, IDB-nin Direktorlar Şurasının iclasında Şri-Lankada yerləşəcək ilk İslam Kommersiya Bankının 3,9 mln. dollarlıq kapitalının ödənilməsini təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR