Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər yanvar-sentyabr aylarında 12,5% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər yanvar-sentyabr aylarında 12,5% artıb
# 22 oktyabr 2009 09:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə 2,806 mlrd. manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% çox pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətlərin 71,7%-i dövlət, 28,3%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus xidmət şəbəkələri vasitəsi ilə həyata keçirilib.

Pullu xidmətlərin 80,1%-i hüquqi, 19,9%-i fərdi sahibkarların payına düşüb və onların artım sürəti müvafiq olaraq 13,1% və 10,1% təşkil edib.

Hesabat dövründə özəl sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 8,6% üstələyərək 2 011,4 mln. manata çatıb.

Hər bir ölkə sakini orta hesabla ayda 35,2 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,5 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR