Bank Of Baku

«AtaBank» son bir ildə aktivlərini 40% artırıb

«AtaBank» son bir ildə aktivlərini 40% artırıb
# 22 oktyabr 2009 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 188,685 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində bankın depozit portfeli 42,9% artaraq 154,940 mln. manat, kredit portfeli 39% artaraq 121,261 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8,1% azalaraq 37,872 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 32% artaraq 24,854 mln. manata, o cümlədən nizamnamə kapitalı 3,4% artaraq 15 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 3 dəfə artaraq 19,195 mln. manat, xərcləri isə 3,5 dəfə artaraq 15,636 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 80,2% artaraq 3,559 mln. manat olub.

Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 16 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR