Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Ümumdünya İslam Bank Konfransında iştirak edəcək

Azərbaycan Beynəlxalq Bankı Ümumdünya İslam Bank Konfransında iştirak edəcək
# 22 oktyabr 2009 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı 2009-cu ilin dekabrın 6-9-da Manamada (Bəhreyn) keçiriləcək XVI Ümumdünya İslam Bank Konfransında iştirak edəcək.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ABB konfransın imtiyazlı sponsoru rolunda çıxış edəcək ki, bu da ABB-yə Azərbaycan iqtisadiyyatı, bank sistemi, o cümlədən İslam bankçılığının inkişaf perspektivləri barədə toplantı iştirakçılarına ətraflı məlumat təqdim etməyə imkan yaradır.

Bundan başqa, ABB rəhbərliyi İslam bankçılığının Azərbaycanda inkişafı üçün maliyyə resurslarının cəlb edilməsi məqsədi ilə bir sıra ikitərəfli görüşlər keçirməyi də planlaşdırır.

Qeyd edək ki, konfrans Bəhreyn Mərkəzi Bankı və bir sıra beynəlxalq maliyyə institutu, o cümlədən İslam İnkişaf Bankı, «Gulf Finance House», «Abu Dhabi Islamic Bank», «Deutsche Bank», «BNP Paribas»ın dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR