Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 10% artıb

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 10% artıb
# 22 oktyabr 2009 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 16,1 mlrd. manata çataraq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 8,4% artaraq orta hesabla 1 824,5 manata və ya 2 269,3 ABŞ dollarına bərabər olub.

Gəlirlərin 67,2%-i son istehlaka, 10,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 14,4 mlrd. manatlıq vəsait qalıb ki, bu da əvvəlki ildəkindən 9,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR