Bank Of Baku

«Bank Standard» son bir ildə depozit portfelini 72% artırıb

«Bank Standard» son bir ildə depozit portfelini 72% artırıb
# 22 oktyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 517,655 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 21,7% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 72% artaraq 297,465 mln. manat, kredit portfeli 23% azalaraq 340,121 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 42% azalaraq 62,311 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 3,5% artaraq 82,929 mln. manata, o cümlədən nizamnamə kapitalı 29% artaraq 64,6 mln. manata çatıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 27% azalaraq 59,733 mln. manat, xərcləri isə 14,3% azalaraq 46,986 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 53% azalaraq 12,747 mln. manat olub.

Bu müddət ərzində bank tərəfindən əlavə 1 filial açılıb, həmçinin 4 bankomat və 38 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı, 54 bankomatı və 430 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR