Bank Of Baku

Azərbaycan əhalisi ticarət şəbəkəsindən alış-verişi adam başına 8% artırıb

Azərbaycan əhalisi ticarət şəbəkəsindən alış-verişi adam başına 8% artırıb
# 22 oktyabr 2009 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 8 464,3 mln. manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 8,5% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin doqquz ayı ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcminin artım sürəti hüquqi şəxslərə nisbətən fiziki şəxslər üzrə daha yüksək olub və bu artım hüquqi şəxslərin ticarət müəssisələri üzrə 5,5%-ə, fiziki şəxslərin ticarət obyektləri üzrə isə 15,9%-ə bərabər olub. İstehlak mallarının 15,4%-i hüquqi şəxslərin, 42,2%-i fiziki şəxslərin ticarət müəssisələrində, 42,4%-i isə yarmarka və bazarlarda satılıb.

Cari ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 106,3 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 manat və ya 8,2% çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 6,9 manat, bazar və yarmarkalarda 1,2 manat təşkil edib.

Hesabat dövründə əhaliyə 5 507,2 mln. manatlıq ərzaq, 2 957,1 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,7% və 3,9% artıb. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 65,1%-ni ərzaq, 34,9%-ni qeyri-ərzaq malları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR