Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Belarusa 700 mln. dollar kredit ayırıb

Beynəlxalq Valyuta Fondu Belarusa 700 mln. dollar kredit ayırıb
# 22 oktyabr 2009 11:04 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Belarusa stabilləşdirmə kreditinin ikinci tranşını ayırmaq barədə qərar qəbul edib.
APA-Economics”in xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib. Kreditin həcmi 699,5 mln. ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, BVF Belarusa 2,23 mlrd. dollar həcmində olan stabilləşdirmə kreditinin birinci tranşını (679,2 mln. dollar) 2009-cu ilin əvvəlində ayırıb. Bu ilin iyulunda fond ölkənin xahişi ilə kreditin həcmini 1 mlrd. dollar artırıb və hazırda bu rəqəm 3,5 mlrd. dollar təşkil edir.
Belarusun BVF-dən kredit almasına səbəb isə Rusiya ilə kredit məsələsində razılığa gələ bilməməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR