Bank Of Baku

«Azərqarant» nizamnamə kapitalını artıracaq

«Azərqarant» nizamnamə kapitalını artıracaq
# 19 fevral 2010 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev- APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkəti 2010-cu ilin sonuna kimi nizamnamə kapitalını 29,6% artıraraq 3,5 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, nizamnamə kapitalı şirkətin mənfəəti hesabına deyil, əlavə səhm emissiyası hesabına həyta keçiriləcək: «Bu, birbaşa olaraq səhmdarların hesabına həyata keçiriləcək. Çünki hazırda maliyyə böhranının təsirləri hələ də azalmadığı üçün, böhranın 2010-cu il ərzində də davam edəcəyini düşünürük».

Qeyd edək ki, sonuncu dəfə şirkətin buraxdığı əlavə səhm emissiyasının həcmi 1 mln. manat təşkil edib. Bununla da şirkətin nizamnamə kapitalı 2,7 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 600 min manat, sığorta ödənişləri isə 100 min manat olub. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR