Bank Of Baku

Mayda Bakıda beynəlxalq bank konfransı keçiriləcək

Mayda Bakıda beynəlxalq bank konfransı keçiriləcək
# 19 fevral 2010 10:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 27-də Bakıda «Regionlararası bankların əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir Azərbaycan Banklar Assisiasiyası və Avropa Banklar Federasiyası tərəfindən birgə təşkil olunacaq. Bunu «APA-Economics»ə açıqlamasında ABA-nın prezidentinin köməkçisi Yunus Abdulov bildirib.

Y.Abdulovun sözlərinə görə, konfransda assosiasiyaya üzv təşkilatlarla yanaşı beynəlxlaq maliyyə qurumlarının da iştirakı gözlənilir. ABA rəsmisi mayın 28-də Bakıda Avropa Banklar Federasiyasının assosiativ üzvlərinin yarımillik toplantısının da keçiriləcəyini bildirib.

Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR