Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi ötən il 20% azalıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi ötən il 20% azalıb
# 19 fevral 2010 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatına 5 468,6 mln. ABŞ dolları həcmində xarici investisiya yönəldilib ki, 2008-ci illə müqayisədə xarici srəmayənin həcmi 20% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 55,5%-i (3 037,1 mln. dolları) iqtisadiyyata birbaşa investisiyalar, 26,3%-i (1 438,3 mln. dolları) isə maliyyə kreditləri şəklində daxil olub. Bu dövrdə qeyri-neft sektoruna 624,4 mln. dollarlıq birbaşa xarici investisiyalar yönəldilib ki, 2008-ci illə müqayisədə bu göstərici 26,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR