Bank Of Baku

Cavanşir Abdullayev: Maliyyə böhranının Azərbaycan bank sektoruna təsiri davam edəcək

Cavanşir Abdullayev: Maliyyə böhranının Azərbaycan bank sektoruna təsiri davam edəcək
# 19 fevral 2010 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Qlobal maliyyə böhranının Azərbaycanın bank sektoruna təsirləri bu il də davam edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib.

C.Abdullayevin sözlərinə görə, bankların gəlirliyinə və dövriyyələrinə dövlət büdcəsi, o cümlədən onun investisiya portfeli əhəmiyyətli dərəcədə təsir göstərir. «Bu il ərzində dövlət büdcəsində investisiya portfeli azaldılıb və buna görə də xaricdən əlavə resurslar cəlb olunmasa, bu, bankların dövriyyəsinə mənfi təsir göstərəcək. Bunun ikinci bir tərəfi bankların öz vəsaitlərinin yerləşdirilməsində müəyyən çətinlik çəkməsi ilə bağlıdır. Eyni zamanda, banklar tərəfindən əmanətlərin faiz dərəcəsi artmasa, deməli əmanət bazarından böyük məbləğdə vəsaitin cəlb edilməsi bir o qədər gözlənilmir. Yəni, böhranın təsirləri hələ tam başa çatmayıb», - deyə C.Abdullayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR