Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda kəskin artıb
# 20 fevral 2010 09:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar ayında Azərbaycanın ixrac-idxal əməliyyatları üzrə 1 064 248,4 min ABŞ dolları məbləğində müsbət saldo yaranıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çoxdur. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Yanvar ayında 99 ölkə ilə aparılmış ticarət əməliyyatlarının ümumi həcmi 1 791 906,2 min dollar olub. Bunun 1 428 077,3 min dolları ixrac, 363 828,9 min dolları isə idxal əməliyyatlarının payına düşüb. O cümlədən, respublikaya 3 440,1 min dollar dəyərində 41,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olub.

Ötən ilin yanvar ayına nisbətən 2010-cu ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 2 dəfə artıb, idxal isə 1,4 dəfə azalıb.

Müvəqqəti ixrac rejimində Azərbaycandan 8 176,5 min dollar dəyərində mal ixrac edilib, 22 925,1 min dollar dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunub.

İxracın strukturunda əvvəlki illərdə olduğu kimi əsas yeri xam neft (88,52%), neft məhsulları (5,99%) tutub. İdxalda isə maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (26,02%), ərzaq məhsulları (17,27%), nəqliyyat vasitələri və onların hissələri (14,29%) və s. əmtəələr yer alıb.

Qeyd edək ki, hesabat dövründə xarici ticarətlə 1 874 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 95,84%, özəl sektorun 3,74%, fiziki şəxslərin payı isə 0,42% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 33,09%, 60,61% və 6,30% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR