Bank Of Baku

«Bank of Baku» ASC «Gənclərin dostu» mükafatına layiq görülüb

«Bank of Baku» ASC «Gənclərin dostu» mükafatına layiq görülüb
# 22 fevral 2010 09:07 (UTC +04:00)
Bakı. Elınur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Azərbaycan Gənclər Mərkəzinin «Gənclərin dostu» mükafatına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu mükafat banka gənclərlə səmərəli işə və onların sosial probemlərinin həll olunmasında göstərdiyi dəstəyə görə təqdim olunub.

Xatırladaq ki, gənclər arasında populyar olan «Tələbə Kartı» kampaniyası çərçivəsində ali məktəb tələbələrinə müəyyən kredit xətti olan plastik kartlar təqdim edilir. Əlavə olaraq «Tələbə Kartı» sahiblərinə paytaxtın dükan, kafe, restoran, ticarət və əyləncə mərkəzlərində güzəşt və endirimlərdən istifadə etmək imkanı verilir. Hazırda bank tərəfindən yüzlərlə tələbə kartı verilib. Bununla yanaşı, 2009-cu ilin sonunda «Bank of Baku»nun dəstəyi ilə respublikanın ali məktəb tələbələri arasında «Gənc iqtisadçı» intellektual oyunu keçirilib.

Qeyd edək ki, mükafat 2007-ci ildən etibarən Azərbaycan İqtisadi İnkişaf və Gənclər və İdman nazirliklərinin təşkilati dəstəyi ilə müxtəlif sahələr üzrə təqdim edilir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 187,396 mln. manat, depozit portfeli 94,245 mln. manat, kredit portfeli 129,246 mln. manat, məcmu kapitalı 32,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR