Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti I rübdə daxilolmalarını 6% artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti I rübdə daxilolmalarını 6% artırıb
# 13 aprel 2010 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2010-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 984,713 min manat təşkil edib ki, bu da 2009-ci ilin birinci rübünün yekunu ilə müqayisədə 6,3% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 2,9 dəfə artaraq 339,002 min manata çatıb.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə topladığı haqların həcmi 843,899 min manat, icbari sığorta növləri üzrə isə 140,815 min manat təşklil edib.

Daxilolmaların strukturunda 501,617 min manat «Yüklərin (nəqliyyat) sığortası», 136,156 min manat «Yanğından icbari sığorta», 126,109 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» və 102,342 min manat «Avtonəqliyyat vasitələrinin sığortası» növlərinin payına düşüb.

Ödənişlərə gəldikdə isə, bu ilin birinci rübündə 338,002 min manat könüllü sığorta növləri, 1,0 min manat icbari sığorta növləri üzrə ödənilib.

Ödənişlərdə ən çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» növünün payına düşüb. Belə ki, bu sığorta növü üzrə ödənişin həcmi 279,629 min manat təşkil edib ki, bunun da ümumi ödənişlərdə xüsusi çəkisi 82,5% olub. Sonrakı yerləri «Avtonəqliyyat vasitələrinin sığortası» (53,767 min manat və ya 15,9%), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (3,606 min manta və ya 0,9%) tutub.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 27 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR