Bank Of Baku

Bakıda VI Beynəlxalq Bankçılıq və Maliyyə Konfrans və Sərgisi işə başlayıb

Bakıda VI Beynəlxalq Bankçılıq və Maliyyə Konfrans və Sərgisi işə başlayıb
# 13 aprel 2010 07:17 (UTC +04:00)
APA-ECONOMICS”in məlumatına görə, iki gün davam edəcək konfrans və sərgiyə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstək verilir. Azərbaycanın «Amrahbank» ASC və «PricewaterhouseCoopers» beynəlxalq audit şirkəti tədbirin sponsorları qismində çıxış edir. Sərgi-konfransın əsas təşkilatçısı «Iteca Caspian» şirkətidir.

Bank-maliyyə konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin mərkəzi bankları, maliyyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksək səviyyəli qonaqların iştirak edir. Konfransda EBRD, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan və Rusiya banklar assosiasiyasının nümayəndələri çıxış edəcək.

Qeyd edək ki, «Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri» mövzusunda keçiriləcək konfransın ilk günündə kommersiya bankları və müəssisələr üçün kapitalın səfərbər edilməsi üzrə alternativ və effektiv mənbələr qismində regional pul bazarları, habelə regional kapital bazarlarının inkişaf perspektivləri də müzakirə ediləcək. Tədbirdə regionda gələcək bank sektoru modelinin formalaşdırılması mövzusuna həsr edilmiş ayrıca sessiya keçiriləcək.

Konfransın ikinci gününün əsas mövzusu «Böhran dövründə İslam bank fəaliyyəti prinsiplərinin yüksək effektivliyi və bunun üçün əsaslar» olacaq. Bu müzakirənin əsas iştirakçıları xüsusi olaraq dəvət edilmiş bu sahənin mütəxəssisləri - Yaxın Şərq ölkələrindən olan bank nümayəndələri olacaq.

Konfransla paralel olaraq «Banklar və Maliyyə» sərgisi də keçiriləcək və bu sərgidə Azərbaycanın aparıcı bankları və sığorta şirkətləri, o cümlədən banklar üçün xidmətlər təklif edən şirkətlər iştirak edəcək. Sərgi iştirakçılarının əsas qismini Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər təşkil edəcək.

Xatırladaq ki, APA İnformasiya Agentliyi sərgi-konfransda baş onlayn dəstək verən təşkilat kimi iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR