Bank Of Baku

Ötən il Azərbaycanda 14 fiziki və 8 hüquqi şəxsə audit xidmətləri göstərmək üçün lisenziya verilib

Ötən il Azərbaycanda 14 fiziki və 8 hüquqi şəxsə audit xidmətləri göstərmək üçün lisenziya verilib
# 13 aprel 2010 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Auditorlar Palatası tərəfindən 2009-cu ildə 14 fiziki və 8 hüquqi şəxsə audit xidmətləri göstərmək üçün yeni lisenziya verilib. Bu barədə «APA-Economics»ə Auditorlar Palatasından məlumat verilib.

Bununla da ölkə ərazisində fiziki şəxs kimi audit xidmətləri göstərənlərin sayı 132 nəfər olub. Bunun 44 nəfəri sərbəst auditor kimi, qalanları isə 50 auditor təşkilatının tərkibində fəaliyyət göstərib.

Ötən il sərbəst auditorlar və auditor təşkilatları tərəfindən təsərrüfat subyektləri ilə 32 722 431,6 manat məbləğində 4 321 müqavilə bağlanıb.

Ötən il həmçinin palata tərəfindən 31 auditor təşkilatında və 28 sərbəst auditorun maliyyə-təsərrüfat fəaliyyəti və apardıqları auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğu yoxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR