Bank Of Baku

Rüfət Aslanlı: «Dünya maliyyə böhranı dövlətin tənzimləyici rolunun vacibliyini göstərib»

Rüfət Aslanlı: «Dünya maliyyə böhranı dövlətin tənzimləyici rolunun vacibliyini göstərib»
# 13 aprel 2010 08:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dünyada baş vermiş maliyyə böhranı maliyyə bazarlarında, o cümlədən fond bazarlarında bir sıra hallarda nəzarətin aşağı səviyyədə olduğunu göstərib.

«APA-Economics»in məlumatına görə, bu fikri Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bu gün Bakıda başlayan beynəlxalq bank-maliyyə konfransının açılış mərasimində səsləndirib.

Onun sözlərinə görə, dünya bazarlarında xec-fondları, bir sıra investisiya fondları, digər institusional və fərdi investorların fəaliyyəti üzrə nəzarət aşağı səviyyədə olub ki, nəticədə bazarlarda risklərin artımı baş verib. Bu səbəbdən dövlətin tənzimləmə rolunun əhəmiyyəti daha da aktuallaşıb.

Qeyd edək ki, konfrans «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir. APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR