Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri: «Ölkədə güzəştli ipotekaya tələbat artır»

Azərbaycan Mərkəzi Bankının sədri: «Ölkədə güzəştli ipotekaya tələbat artır»
# 13 aprel 2010 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda güzəştli ipoteka kreditlərinə olan tələbat əhəmiyyətli şəkildə artır.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, kommersiya bankları tərəfindən Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin monitorinqi aparılır: «Monitorinq nəticəsində aydın olub ki, bu kreditlər çox yaxşı keyfiyyətə malikdir və biz bu kreditlərdə pisləşməni müşahidə etmirik. Bu bir tərəfdən Mərkəzi Bank tərəfindən qoyulmuş prudensial çərçivənin keyfiyyəti ilə əlaqədardırsa, digər tərəfdən ölkə əhalisinin mentaliteti ilə bağlıdır. Çünki bizim üçün milli dəyərlərdə ev anlayışı mühüm yer tutur».

E.Rüstəmov həmçinin Azərbaycanda tikinti əmanət banklarının yaradılması məsələsinin perspektivlərinə də toxunub. Baş bankir qeyd edib ki, bu modelin tətbiqi də ipoteka keditləşməinin inkişafı üçün çox əhəmiyyətli ola bilər və AMB paralel olaraq bu modeli də Azərbaycan bazarında tətbiq etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR