Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının rəhbəri: Yaxın 15-20 ildə Azərbaycanda ÜDM-in həcmi iki dəfə artacaq

Azərbaycan Mərkəzi Bankının rəhbəri: Yaxın 15-20 ildə Azərbaycanda ÜDM-in həcmi iki dəfə artacaq
# 13 aprel 2010 10:16 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Yaxın 15-20 il ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminin iki dəfə artacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə ÜDM-in adambaşına düşən həcmi 9 min ABŞ dolları təşkil edir ki, 2025-2030-cu illər üçün bu göstəricinin 15-17 min dollara çatacağı proqnozlaşdırılır.

E.Rüstəmov onu da bildirib ki, bu göstəricilərə nail olmaq üçün ölkə iqtisadiyyatında yeni, diversifikasiya modelinin tətbiqi vacibdir: «Qeyd olunan artımın əldə edilməsi üçün ixracın genişləndirilməsi və diversifikasiyası, daxili istehsalın artırılması və s. şərait yarada bilər».

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda ÜDM-in həcmi 2008-ci illə müqayisədə 9,3% artaraq 34,6 mlrd. manat, adambaşına düşən ÜDM isə 7,9% artaraq 3 917,3 manat (4 874,1 dollar) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR