Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin sığortalanması səviyyəsinə yenidən baxıla bilər

Azərbaycanda bank əmanətlərinin sığortalanması səviyyəsinə yenidən baxıla bilər
# 13 aprel 2010 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında likvidlik səviyyəsi yüksəkdir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, hazırda əhalinin banklara olan etibarı yüksəkdir. «Bankların da iqtisadiyyata etibarını təmin edə bilsək, biz ölkə iqtisadiyyatını daha ucuz kreditlərlə təmin edə bilərik. Təbii ki, burada əmanətlər üzrə sığortalanma səviyyəsinə yenidən baxıla bilər. Bu məsələ Əmanətlərin Sığortalanması Fonduna aiddir. Onlar istənilən vaxt bu məsələni müzakirə edə bilər», - deyə E.Rüstəmov qeyd edib.

Bundan başqa, E.Rüstəmov ölkənin rəsmi valyuta ehtiyatlarından da danışıb. AMB rəsmisi hazırda məcmu strateji valyuta ehtiyatlarının 22 mlrd. ABŞ dolları səviyyəsində olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR