Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi təlim kurslarına başlayıb

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi təlim kurslarına başlayıb
# 13 aprel 2010 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) maarifləndirmə konsepsiyası çərçivəsində «Maliyyənin əsasları» mövzusunda beş günlük ixtisasartırma kurslarına start verilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, kursların təşkil edilməsində əsas məqsəd dinləyicilərə maliyyə nəzəriyyələri ilə yanaşı, qiymətli kağızlar bazarı haqqında zəruri biliklərin ötürülməsindən ibarətdir.

Təlim zamanı QKDK-nın əməkdaşları tərəfindən maliyyə alətləri və onun qiymətləndirilməsi, korporativ maliyyə, maliyyə hesabatlığı və beynəlxalq maliyyə standartları, eləcə də bir sıra inkişaf etmiş ölkələrin maliyyə sistemlərinin xüsusiyyətləri təhlil olunacaqdır. Kursun sonunda dinləyicilərə sertifikatlar təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR