Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatına ÜDM-in 5% səviyyəsində likvidlik yönəldib

Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatına ÜDM-in 5% səviyyəsində likvidlik yönəldib
# 13 aprel 2010 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ərzində ölkə iqtisadiyyatına, bank sistemi də daxil olmaqla, ÜDM-in 5%-i səviyyəsində likvidlik inyeksiya edib.

«APA-Economics»in məlumatına görə, bunu AMB-nin baş direktoru Xəqani Abdullayev bu gün Bakıda başlayan beynəlxalq bank-maliyyə konfransının açılış mərasimində bildirib.

X.Abdullayev qeyd edib ki, bundan 80%-i iqtisadiyyatın sistem əhəmiyyətli şirkətlərinə, qalan hissəsi isə banklara xarici öhdəliklərin yerinə yetirilməsi məqsədilə həyata keçirilib. Bundan başqa, uçot dərəcəsi 15%-dən 2%-dək, ehtiyat normaları 0,5%-dək endirilib ki, bunlar nəticəsində də banklar əlavə likvidlik əldə edib.

Ümumilikdə ötən ildə nəzarət məsələləri arasında X.Abdullayev manatın dollara qarşı sabit saxlanmasını vurğulayıb: “Bunun üçün ölkənin imkanları vardı və nəticədə makroiqtisadi sabitlik qorunub saxlanılıb”.

Qeyd edək ki, konfrans «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir. APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR