Bank Of Baku

«AtaSığorta» ASC-nin daxilolmaları I rübdə 24% artıb

«AtaSığorta» ASC-nin daxilolmaları I rübdə 24% artıb
# 13 aprel 2010 11:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC cari ilin birinci rübü ərzində 837,6 min manat sığorta haqqı toplayıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 24,5% çoxdur.

Bu barədə «APA-Economics»ə «AtaSığorta» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% artaraq 135,7 min manat təşkil edib.

Hesabat dövrü ərzində şirkətin balans mənfəəti 228 min manat olub ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 23,1% çoxdur.

Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR