Bank Of Baku

AYİB: Azərbaycan bank sistemində diqqət institusional inkişafa yönəldilməlidir

AYİB: Azərbaycan bank sistemində diqqət institusional inkişafa yönəldilməlidir
# 13 aprel 2010 12:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti tək kreditlərin verilməsi deyil, kiçik və orta sahibkarlığın inkişafı, bank sektorunda korporativ idarəetmənin təkmilləşdirilməsi və institusional inkişafa yönəldilib. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in baş bankiri Kristofer Falko bu gün Bakıda işə başlayan VI Xəzər Beynəlxalq Bank-Maliyyə Konfransında bildirib.

AYİB-in fəaliyyəti barədə geniş məlumat verən K.Falko vurğulayıb ki, AYİB Azərbaycanın bank sistemində daxili prosedurların təkmilləşdirilməsi üzrə məsləhətçi xidmətləri təklif edir və Avropa Bankının mövqeyinə görə, Azərbaycan bank sisteminin hazırkı inkişaf mərhələsində bu məsələlər çox əhəmiyyətlidir.

K.Falko qeyd edib ki, AYİB 28 ölkədə fəaliyyət göstərir, məcmu portfeli 8,3 mlrd. avro, o cümlədən əməliyyat aktivləri 6,1 mlrd. avro təşkil edir. Bank 640-dan artıq layihə həyata keçirir. Onun tərəfdaşları arasında 195 bank, 108 qeyri-bank təşkilatı və 54 investisiya fondu var.

Qeyd edək ki, konfrans «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR